Fitri istedada malik qələm sahibi İqbal Astaralı (Axundov) tanınmış şair-publisistdir. 20 ildən çoxdur ki, Astara şəhər 1 saylı tam orta məktəbində pedaqoji fəaliyyətlə məşğuldur. Yazıçılar Birliyinin üzvüdür.
Bədii yaradıcılığa erkən yaşlarından başlamış və şeirləri yerli və respublika mətbuatında dərc olunmuşdur. “Ən gözəl nəğməsən”, “Bir kimsəsiz dənizəm”, “Həyat səxavətli olsaydı” və bu yaxınlarda işıq üzü görmüş “Alovu sönməyənlər” kitabları oxucular tərəfindən maraqla qarşılanmışdır.
Noyabrın 1-də Astara rayon Mərkəzi Kitabxanasında İ.Astaralının “Alovu sönməyənlər” kitabının təqdimat mərasimi keçirildi. Tədbiri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nazim Fərəməzov açaraq müəllifin yaradıcılığından danışdı, kitabda yer alan publisistik yazılarda, şeirlərdə Vətən və xalq qarşısında böyük xidməti olan insanların həyat və fəaliyyətinin dolğun işıqlandırıldığını vurğuladı.
Lənkəran Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Fəxrəddin Hüseyn “Alovu sönməyənlər” kitabı haqqında geniş məruzə etdi.
Yazıçılar Birliyinin Lənkəran şöbəsinin sədr müavini, şair Ağamir Cavad, Lənkəran Dövlət Universitetinin dosenti, yazıçı Mirhüseyn Abbas, Astara Pedaqoji Kollecinin direktoru, Əməkdar müəllim Əlihəsən Həmzəyev, istedadlı rəssam Firudin Quliyev, rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şadoğlan Bayramov və başqaları kitab haqqında fikir və rəylərini söylədilər.
Sonda müəllif tədbirin təşkilinə, haqqında söylənilən xoş fikirlərə görə minnətdarlığını bildirdi.
Sakitağa Kərimov,
Astara