![](/img/news/700x420/7664.jpg)
Tədbirdə çıxış edənlər Şövkət Ələkbərovanın özünəməxsus ifaçılıq üslubundan, Azərbaycan musiqi sənətinə verdiyi bənzərsiz töhfələrdən söz açıblar. Qeyd olunub ki, Azərbaycan musiqi sənətində öz sözünü demiş böyük sənətkarın ifa etdiyi mahnılar insanları sevməyə, həyata dəyər verməyə, Vətənə bağlılığa, səmimi olmağa səsləyir. Sənətkarın irsinin təbliği gənclərin musiqi zövqünün inkişafı baxımından böyük əhəmiyyət daşıyır.
Tədbirdə görkəmli müğənninin lent yazıları səsləndirilib, musiqi məktəbinin şagirdləri sənətkarın repertuarından “Axşam oldu”, ”Qarabağ”, “Tez gəl”, “Ağ çiçəyim” və digər mahnıları ifa ediblər.