Ağdaş şəhərindəki Habil Əliyev adına musiqi məktəbində görkəmli müğənni, məlahətli səsi ilə milyonların rəğbətini qazanmış Xalq artisti Şövkət Ələkbərovanın 90 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Şöbəsinin, MKS-nin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, musiqi məktəbinin şagirdləri iştirak ediblər.
   Tədbirdə çıxış edənlər Şövkət Ələkbərovanın özünəməxsus ifaçılıq üslubundan, Azərbaycan musiqi sənətinə verdiyi bənzərsiz töhfələrdən söz açıblar. Qeyd olunub ki, Azərbaycan musiqi sənətində öz sözünü demiş böyük sənətkarın ifa etdiyi mahnılar insanları sevməyə, həyata dəyər verməyə, Vətənə bağlılığa, səmimi olmağa səsləyir. Sənətkarın irsinin təbliği gənclərin musiqi zövqünün inkişafı baxımından böyük əhəmiyyət daşıyır.
   Tədbirdə görkəmli müğənninin lent yazıları səsləndirilib, musiqi məktəbinin şagirdləri sənətkarın repertuarından “Axşam oldu”, ”Qarabağ”, “Tez gəl”, “Ağ çiçəyim” və digər mahnıları ifa ediblər.
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar