Dekabrın 3-də Naxçıvan Muxtar Respublika Kitabxanasında elektron kitabxananın təqdimatı olub. Kitabxananın 90 illik yubiley tədbirləri çərçivəsində mədəniyyət ocağının elektron kataloq sistemi və internet saytı fəaliyyətə başlayıb. Kitabxanada müxtəlif mövzulu 440-dək kitabın və “Şərq qapısı” qəzetinin elektron kataloqu hazırlanıb.
   Azərbaycan, rus, ingilis dillərində hazırlanan www.­e-kitab.nakhchivan.az internet saytı dünyadakı istənilən kitabxana ilə informasiya mübadiləsi aparmağa imkan verir. Saytda kitabxana ilə operativ əlaqə saxlamaq, elektron axtarış xidmətlərindən istifadə etmək, kitab sifariş vermək və kataloqda axtarmaq, dövri mətbuatla tanış olmaq imkanı var. İnternet saytında kitabxanadakı nəşrlər haqqında biblioqrafik məlumat və kitabların elektron variantları yerləşdirilib, audio-kitablardan istifadə təmin olunub.
   
   C.Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar