Qax rayon MKS-nin Mərkəzi kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük istiqlal şairi Əhməd Cavadın (1892-1937) anadan olmasının 120 illik yubileyi münasibətilə oxucu konfransı keçirildi. Tədbirdə Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən ədibin həyat yolundan danışıldı. Konfransda çıxış edənlər repressiya qurbanı olan nakam şairimizin azadlıq nəğməkarı olduğunu bildirərək onun əsərlərindən söz açdılar. Qeyd olundu ki, Əhməd Cavadın poeziyasının əsas mövzusu vətən məhəbbəti, torpaq sevgisi, vətənpərvərlik hissi ilə yoğurulub.
   Çıxışlarda vurğulandı ki, bu gün fəxrlə, qürurla dinlədiyimiz və sevə-sevə oxuduğumuz dövlət himnimizin sözlərinin müəllifi Əhməd Cavaddır, musiqisi isə dahi Üzeyir Hacıbəyliyə məxsusdur.
   Tədbirdə məktəblilərin ifasında şairin şeirləri və sözlərinə bəstələnmiş musiqilər səsləndi, ədəbi-bədii kompozisiya təqdim edildi.
   
   G.Əhmədova,
   Qax rayon MKS-nin direktoru






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar