Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin yeni binasının açılışı olub. Mərasimdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək deyib ki, son illər Naxçıvanın tarixi, arxeologiya və etnoqrafiyası, mədəniyyəti və təbii sərvətlərinin öyrənilməsi sahəsində ciddi tədqiqatlar aparılır, yeni elmi istiqamətlər müəyyənləşdirilir.
   Muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvanşünaslıq Mərkəzinin istifadəyə verilməsini bu qədim Azərbaycan torpağının tarixinin öyrənilməsi və təbliğinə töhfə kimi dəyərləndirib.
   Binada biblioqrafiya proseslərinin avtomatlaşdırılması, elmi-metodik, komplektləşdirmə, kitabişləmə və kataloqlaşdırma şöbələri, skayner otağı, kitabsaxlayıcı fond, oxu və dövri mətbuat zalı, elektron oxu zalı, arxiv və s. fəaliyyət göstərir.
   Naxçıvanın tarixi, elmi, ədəbi mühiti, incəsənəti, təbii sərvətləri və mədəniyyəti, görkəmli şəxsiyyətlərinin həyatının tədqiq və təbliğ olunması mərkəzin əsas fəaliyyət istiqamətidir. Üç dildə hazırlanan “www.e-merkez.alimeclis.az” internet saytı da mərkəzlə səmərəli informasiya mübadiləsi aparmağa imkan verəcək.
   
   Fariz Yunisli






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar