Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin xatirə medalları hazırlanıb. Naxçıvan MR Ali Məclisinin mətbuat xidmətindən verilən məlumata görə, məqsəd qədim tarixə söykənən tarixi-mədəni dəyərlərin təbliği və onların beynəlxalq səviyyədə tanıdılmasına nail olmaqdır.
   Layihə muxtar respublika Ali Məclisi və Azərbaycanın Polşadakı səfirliyinin birgə əməkdaşlığı nəticəsində həyata keçirilib. Medallarda “Möminə xatın”, “Yusif Küseyir oğlu”, “Qarabağlar”, “Nuh Peyğəmbər” və “Hüseyn Cavid” türbələrinin təsvirləri əks olunub. Qiymətli metallardan nəfis tərtibatla hazırlanmış xatirə medallarının mərkəzində tarix və mədəniyyət abidələrinin qabarıq eskizi yerləşdirilib. Medalların arxa üzündə Azərbaycan Respublikasının xəritəsi həkk olunub. 

   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar