Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivi Əkrəm Əylislinin “Daş yuxular” romanını nifrətlə qarşılayıb. Romanın müzakirəsinə həsr olunmuş yığıncaqda çıxış edən teatrın direktoru Faiq Qardaşov müəllifin tarixə saxtakar münasibət bəslədiyini deyib: “Məgər 31 mart soyqırımı, Bakıda törədilən 20 Yanvar faciəsi, Xocalı qətliamı cinayət deyilmi? Azərbaycan torpağının 20 faizi bu gün düşmən tapdağı altındadır. Xocalıda, Şuşada, Laçında və başqa işğal olunmuş torpaqlarımızda azərbaycanlı balalarının, qadınların, qocaların necə vəhşiliklə öldürülməsini Azərbaycan xalqının çörəyi, suyu ilə böyüyən və bütün fəxri adlara yiyələnən Əkrəm Əylisli görmürmü?”
   Teatrın qəbul etdiyi müraciətdə deyilir: “Daş yuxular”ın gündəmə gəlməsi Əkrəm Əylislinin Azərbaycan xalqına və bütövlükdə türk dünyasına xəyanətidir. Biz sənət adamları şöhrətin, hörmətin, alqışın, xalq sevgisinin nə olduğunu yaxşı bildiyimizə görə ondan soruşuruq - axı sənin nəyin çatmırdı, Əkrəm Əylisli? Ömrün bu ahıl çağında sənin ermənilərə bu can yandırmağını, havadarlıq etməyini ağlı başında olan heç bir insan başa düşmür, anlamır”.
   Toplantıda iştirak edənlər bildiriblər ki, Əkrəm Əylisli bu əsəri yazmaqla öz adına silinməz qara ləkə vurub: “Yaşı 75-i ötmüş qələm sahibi başa düşməli idi ki, bəşəri olmaq öz xalqının mənəvi dəyərlərinin üstündən xətt çəkmək, məxsus olduğu xalqın üstünə şər atmaq, tarixini təhrif etmək deyil. Xəyanətkar yazıçıya cəmiyyətimizdə yer yoxdur”.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar