Respublikanın digər bölgələrində olduğu kimi, Xızıda da Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı anım mərasimləri təşkil edilib. Tədbirlərdə faciəni əks etdirən filmlər və kompozisiyalar nümayiş etdirilib, Xocalı haqqında geniş məruzə oxunub. Tədbirlərdə rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Sənan Talıbov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xızı rayon bölməsinin rəisi Mayor Nəbiyev, məktəb kollektivləri iştirak edib.
Rayon İcra Hakimiyyəti başçısının və müəssisə rəhbərlərinin iştirakı ilə fevralın 25-də Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş yekun tədbir keçirilib.