O müdhiş gecədən 21 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndində yerləşən 366-cı keçmiş sovet alayının şəxsi heyəti və texnikasının köməyi ilə Xocalıya hücum edərək dəhşətli qırğınlar törətmiş, yüzlərlə dinc insan gülləbaran edilmiş, şəhər xarabazara çevrilmişdir.
   
   Artıq 21 ildir ki, xalqımız bu dərdi ürəyində gəzdirir, bəşəri cinayət törədənləri nifrətlə lənətləyir və inanır ki, bu qan yerdə qalmayacaq, soyqırımı törədənlər layiqli cəzalarını alacaqlar.
   Xocalı faciəsi qurbanlarının xatirəsi, hər il olduğu kimi, bu il də Astara rayonunun mədəniyyət müəssisələrində ehtiramla yad edilir. Fevralın 22-də Mərkəzi kitabxanada faciənin ildönümü ilə əlaqədar xatirə gecəsi keçirilmişdir. Tədbirdə Astara rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nazim Fərəməzov “Xocalı bəşəriyyətin faciəsidir” mövzusunda məruzə etmişdir. MKS-nin direktor müavini İlyas Məmmədov, uşaq şöbəsinin əməkdaşı Ülkər Əliyeva, Artupa kənd kitabxana filialının müdiri, şairə Sakitə Ülvi, Astara şəhər 1 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Zümrüd Ərçəyeva, Astara Pedaqoji Kollecinin tələbəsi Abbas İbrahimli çıxış edərək ermənilərin xalqımıza qarşı törətdikləri faciələrdən söz açmışlar, ölkə Prezidentinin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına əminliklərini bildirmişlər.
   Sonda Astara şəhər 1 saylı tam orta məktəbin şagirdləri Xocalı faciəsinə həsr olunmuş şeirlər söyləmişlər.
   
   Natəvan Mədətzadə,
   Astara rayon Mərkəzi kitabxanasının əməkdaşı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar