31 Mart - Azərbaycanlıların Soyqırımı Günü, ölkəmizin digər bölgələrində olduğu kimi, Qazax rayonunda anım tədbirləri ilə qeyd olunub.
   
   Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyində, Qazax Dövlət Rəsm Qalereyasında tədbirlər keçirilib. 1 və 4 saylı orta məktəbin şagirdləri, ictimaiyyət təmsilçilərinin iştirak etdikləri tədbirlərdə muzeyin direktoru M.Hüseynova, qalereyanın direktoru M.Xəlilova və digər çıxış edənlər 1918-ci ilin martında ermənilərin Bakıda törətdiyi qırğını vandalizmin bariz nümunəsi adlandırıblar, 1918-ci il mart hadisələrinin qan yaddaşımızın silinməz səhifəsi olduğunu vurğulayıblar. Muzeydə soyqırımı hadisələrini əks etdirən fotostendə və qalereyanın nəzdində fəaliyyət göstərən həvəskar rəssamların əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.
   Qazax Tarix-Diyarşünaslıq Muzeyində Bağanıs Ayrım faciəsinə həsr olunmuş tədbirdə də tariximizin acı səhifələri yad edilib. Tədbiri muzeyin direktoru G.Alişanova açaraq erməni quldurlarının Bağanıs Ayrım kəndində törətdiyi qırğınlardan danışıb, 1990-cı il martın 24-də 7 nəfər kənd sakininin insanlığa sığmayan işgəncələrə məruz qaldığını bildirib. Tədbir iştirakçıları soyqırımı hadisələrini əks etdirən fotostend və sənədlərlə tanış olublar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar