Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızda mədəniyyətin və incəsənətin inkişafına daim diqqət və qayğı göstərmişdir. Mədəniyyət işçiləri həmin illəri minnətdarlıq hissi ilə xatırlayırlar.
   
   Astara Rayon Mərkəzi Kitabxanasında keçirilən “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-praktik konfrans da bu mövzuya həsr edilmişdi.
   Tədbiri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nazim Fərəməzov açaraq qeyd etdi ki, böyük rəhbərin öz vətəni və xalqı üçün gördüyü möhtəşəm işlər, göstərdiyi əvəzsiz xidmətlər Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmışdır. Zaman keçdikcə ulu öndərimiz Heydər Əliyevin parlaq ideyaları, arzuları da yaşayır, əziz xatirəsi qəlblərdən heç vaxt silinmir.
   Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı rayon komitəsinin sədri, rayon Mədəniyyət evinin direktoru Hacıbala Ramazanov “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda məruzə etdi.
   MKS-nin direktor müavini İlyas Məmmədov, Astara uşaq musiqi məktəbinin direktoru Şamil Bayramov, Mərkəzi kitabxananın metodika-biblioqrafiya şöbəsinin müdiri Nərgiz Məhərrəmova, tarix-diyarşünaslıq muzeyinin direktoru Gülzar İsmayılova, Heydər Əliyev Mərkəzinin direktoru Gülnarə Məcidova çıxış edərək ümummilli liderin Vətənə və xalqa sədaqətli xidmətindən, ölkəmizin sürətli inkişafı üçün gördüyü çox böyük işlərdən danışdılar.
   Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İlqar Maliyev ulu öndər Heydər Əliyevin Astaraya səfərləri, rayonumuza, əhaliyə göstərdiyi diqqət və qayğıdan geniş söhbət açdı.
   
   Natəvan Mədətzadə,
   Astara rayon MKS-nin əməkdaşı






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar