Ağstafa rayonunda Mədəniyyət və Turizm Nazirliyinin və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə mayın 7-də ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş aşıq sənəti festivalı keçirilib.
   
   İştirakçılar əvvəlcə ümummilli liderin abidəsi önünə tər çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
   Tədbir Səməd Vurğun adına parkda qədim musiqi alətimizi ədədiləşdirən “Saz” abidəsinin açılışı ilə başlayıb. Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxış edərək ulu öndərin həyat və fəaliyyətindən, sənət və sənətkarlara verdiyi qiymətdən danışıb. Qeyd edib ki, bütün sənət növləri kimi, aşıq sənəti də dahi rəhbər tərəfindən həmişə yüksək qiymətləndirilib, bu diqqət-qayğı indi də davam edir.
   Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan aşıq sənəti UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
   Tədbirdə Xalq şairi Zəlimxan Yaqub, xalq artistləri Canəli Əkbərov, Tariyel Qasımov, Əməkdar artist Azad Şükürov və başqaları çıxış edərək Ağstafada gördükləri abadlıq və quruculuq işlərindən, söz-sənət sahiblərinə diqqət və qayğıdan danışıblar.
   Tədbir iştirakçıları yerli incəsənət ustalarının Heydər Əliyev prospekti boyu təşkil olunmuş çıxışlarına, gül və rəsm sərgilərinə, xalqımızın keçmişini əks etdirən etnoqrafik lövhələrə, idman yarışlarına tamaşa ediblər.
   Sonra Heydər Əliyev Mərkəzinin zalında konsert bayramı təqdim olunub. Tanınmış aşıqların və yerli incəsənət ustalarının çıxışı alqışlarla qarşılanıb. 
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar