Ağsuda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr edilmiş kitab bayramı keçirilib. 
   Rayon rəhbərliyinin, ziyalıların, gənclərin və yeniyetmələrin qatıldığı tədbirin açılışında çıxış edənlər görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, ədəbiyyatının inkişafında misilsiz xidmətlərindən danışıblar. “Nərgiz” uşaq bağçasının və şəhər 4 saylı tam orta məktəbi şagirdlərinin ifasında ümummilli liderimizə həsr olunmuş şeirlər səsləndirilib.
   Sonra iştirakçılar parkda sərgilənmiş kitablara baxıblar. Sərgidə mənalı ömrünü xalqına bəxş etmiş böyük öndərin həyat və fəaliyyətinə həsr olunan yüzlərlə nəşr nümayiş etdirilib.
   Tədbirdə ulu öndərə həsr olunmuş şeir qiraəti müsabiqəsində qalib gələn yeniyetmələrə kitablar hədiyyə edilib. Həmçinin ən yaxşı kitabxanaçı və ən yaxşı fəal oxucu nominasiyaları üzrə müsabiqənin qalibləri - mərkəzi kitabxananın şöbə müdiri Ülkər Hacıyeva və Camaləddin Zeynalov mükafatlandırılıblar. Tədbirdə Milli Məclisin deputatı Ərəstun Cavadov iştirak edib.