Qax rayonunun mədəni-maarif müəssisələrində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilir. 
   S.Vurğun adına Mədəniyyət evində Heydər Əliyev Mərkəzinin hazırladığı ədəbi-bədii gecədə rayonun müəssisə və təşkilatlarının nümayəndələri, məktəblilər, İcra Hakimiyyətinin əməkdaşları iştirak ediblər. İştirakçılar öncə mədəniyyət evinin foyesində açılmış sərgi ilə tanış olublar. Sərgidə şagirdlərin, yerli sənətkarların əl işləri, rəsmləri nümayiş etdirilib.
   Mədəniyyət evinin “Arzu” ansamblının üzvlərinin ifasında səslənən mahnılar, uşaq incəsənət məktəbinin rəqs kollektivinin və uşaq bağçalarının balaca fidanlarının ifa etdikləri rəqslər tədbirə xüsusi ahəng qatıb.
   Tədbirdə ulu öndərin 90 illik yubileyi ilə bağlı Heydər Əliyev Mərkəzinin keçirdiyi şeir, əl işi və inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Qönçə Vahabzadə, Göyçək Vəlizadə, Fuad Abdullazadə fəxri fərman və hədiyyə ilə təltif edilib.
   
   Dilarə Əzizova,
   Qax Rayon Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşı