Mayın 18-dən iyunun 18-dək “İnsan hüquq və azadlıqlarının müdafiəsi aylığı”nın keçirilməsi ilə əlaqədar ölkə Prezidentinin sərəncamına uyğun olaraq Astara rayon Mərkəzi kitabxanasında seminar-müşavirə keçirilib. Rayon MKS-nin direktoru Nazim Fərəməzov “İnsan hüquq və azadlıqlarının müdafiəsi aylığı” ilə bağlı kitabxanaların qarşısında duran vəzifələr, bu mövzuda həyata keçirilən tədbirlər barədə danışıb. Kitabxana işçilərindən Nərgiz Məhərrəmova, Ülkər Əliyeva, Növrəstə Məmmədova, Yaqut Nəzərovanın çıxışlarında insan hüquq və azadlıqlarının müdafiəsinin dövlətimizin siyasətinin tərkib hissəsi olduğu vurğulanıb, hüquq aylığı ilə əlaqədar təbliğat işlərinin genişləndiriləcəyi bildirilib.

   Natəvan Mədətzadə,
   Astara MKS-nin əməkdaşı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar