Şamaxıda Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Folklorun toplanması və sistemləşdirilməsi problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov, Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar İmanov, Şamaxı Astrofizika Rəsədxanasının direktoru, akademiyanın müxbir üzvü Əyyub Quliyev, Azərbaycan Müəllimlər İnstitutu Şamaxı filialının direktoru, filologiya üzrə fəlsəfə doktoru Tünzalə Yusifova çıxış edərək folklor materiallarının toplanılması, araşdırılması məsələlərindən danışıblar. Konfrans işini bölmələr üzrə davam etdirib. Bölmələrdə folklorşünas alimlərin və gənc tədqiqatçıların məruzələri dinlənilib.