Prezident İlham Əliyev iyulun 5-də respublikamızın qərb bölgəsinə səfəri çərçivəsində yeni infrastruktur layihələri, mədəniyyət və istirahət obyektləri ilə tanış olub.
   Dövlət başçısı Tovuz rayonuna səfəri zamanı Qovlar şəhər mədəniyyət və istirahət parkına baş çəkib. Ölkə başçısının 2012-ci il 9 aprel tarixli sərəncamına uyğun olaraq Qovlar qəsəbəsinə şəhər statusu verilib. Sahəsi 5 hektar olan mədəniyyət və istirahət parkı şəhərə xüsusi gözəllik verir. İşıqlandırma və suvarma sistemlərinin yenidən qurulduğu parkda dekorativ ağac və gül kolları əkilib, uşaqların istirahətinin səmərəli təşkili məqsədi ilə attraksionlar və digər əyləncə qurğuları quraşdırılıb.
   Ölkə başçısı Qazaxda Ədəbiyyat Muzeyinin açılışında iştirak edib. Şəhərin Heydər Əliyev prospektində inşa edilən üçmərtəbəli muzey binasının foyesində Azərbaycanın görkəmli ədəbiyyat xadimlərinin şəkilləri asılıb. Birinci mərtəbədə konfrans zalı, yeməkxana və xidməti otaqlar, ikinci mərtəbə muzey, üçüncü mərtəbədə isə inzibati otaqlar, kabinetlər və konfrans zalı yerləşir. Prezident Qazax şəhərində Uşaq Əyləncə Mərkəzinin açılışında da iştirak edib.
   Dövlət başçısı Ağstafa şəhərində açıq səma altında salınan Tarixi və Müasir Abidələr Parkı ilə tanış olub. Ərazisi 2,5 hektar olan miniatür parkı Azərbaycanı mini görüntüsü hesab etmək olar. Burada ölkəmizin dağ silsilələri, çay və gölləri, təbiət mənzərələrini xəritə üzərində əks olunub. Azərbaycanın ayrı-ayrı bölgələrində olan və xalqımızın tarixi keçmişini yaşadan tikililər, abidə, saray və qala divarları, müasir dövrə aid arxitektura nümunələri yüksək peşəkarlıqla yaradılıb. Parkda Azərbaycanın məşhur tarixi şəxsiyyətlərinin xatirəsini əbədiləşdirən məqbərə və türbələr, dini-tarixi memarlıq abidələri, məscid və sarayların maketləri quraşdırılıb.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar