Naxçıvan şəhərindəki “Buzxana” tarix-memarlıq abidəsi bərpa işlərindən sonra istifadəyə verilib. Qeyd edək ki, Naxçıvan memarlıq məktəbinin yadigarı olan abidənin uzunluğu 20, eni 9, hündürlüyü isə 9,6 metrdir. Binanın damında 3 metrdən bir qurulan tağlararası boşluq çatma tağbəndlə örtülüb. “Buzxana”nın əsas hissəsi yerin altında yerləşir. Havalanma sisteminin düzgün qurulması burada uzun müddət buzun saxlanılmasına imkan verib.
   Aparılan bərpa və təmir işlərindən sonra “Buzxana” həm də mətbəx mədəniyyətimizin bir parçasını özündə yaşadan maddi-mədəniyyət nümunəsinə çevrilib. Bərpa olunmuş tarixi abidədə Azərbaycan, o cümlədən Naxçıvan mətbəxinin zəngin nümunələri təbliğ olunacaq, gələn qonaqlara milli yeməklərimiz təklif ediləcək.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar