ABŞ-da nəşr olunan “Men"s” jurnalında Naxçıvan Muxtar Respublikasındakı Duzdağ Fizioterapiya Mərkəzi haqqında məqalə dərc olunub.
Sağlamlıq, səhiyyə, turizm, ekologiya mövzularını əhatə edən jurnalda Duzdağın müalicəvi imkanlarından geniş bəhs edilir.
Müəllif Mark Hey məqaləyə maraqlı başlıq da qoyub: “Mağara tədqiqatçıları üçün füsunkar mehmanxana”. Yazıda qeyd olunur ki, Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvan sakinlərinin yerli mağaralardan əldə etdikləri duz təkcə dadına görə deyil, həm də nadir bərpaetmə xüsusiyyətinə görə fərqlənir. Yerli sakinlər bu duzdan artrit xəstəliyinə tutulmamaq üçün istifadə edirlər, habelə astma və başqa tənəffüs yolu xəstəliklərindən sağalmaq üçün hər cür təchizatı olan mağaralarda günlərlə müalicə alırlar. Bu mağaraların ən məşhuru Naxçıvan şəhəri yaxınlığındakı Duzdağdadır: “300 metrlik tunel duzla elə zəngindir ki, sənə elə gəlir ki, toxunanda ovulacaq. Boş zallar mərmər çərçivələrlə bəzədilmiş və taxta çarpayılar duz divarları içərisində yerləşdirilmişdir”.
Kompleksin keçmişlə müasirliyi və rahatlığı özündə birləşdirdiyini vurğulayan müəllif qiymətlərin əlverişli olduğunu yazır: “Hər kabinənin qiyməti 40-55 dollar arasındadır. Bir tərəfdən Naxçıvan dağlarının, digər tərəfdən Araz çayının xoş mənzərələri ilə tamamlanmış bu heyranedici gözəlliyə baxmağa dəyər”.
Məqalədə qeyd olunur ki, tunelin doqquz bölümündə 300 çarpayıdan ibarət otaqlar hotel ləvazimatları və müasir avadanlıqlarla təmin olunub. Hər kəs tam müalicə üçün əvvəlcədən sifariş verə bilər. İnsanların əksəriyyəti buraya 5 və ya 6 günlüyə gəlirlər, lakin 20 və ya daha artıq günlüyə gələn ağır xəstələr həm də həkimlər tərəfindən təyin olunmuş terapiya müalicəsindən də keçə bilərlər: “Duzdağ dünyanın heç bir yerində olmayan qəribə və inanılmaz xoş ovqat yaradır. Komaya bənzər kabinələrlə ayrılmış mağaraları gəzərkən insanlar sanki bunların həqiqət olduğuna inanmırlar”.
Ceyhun