Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Gəncə Arxeoloji Ekspedisiyası Göygöl rayonunun Balçılı kəndindəki Balçılı qalasında və Kürəkçay yaxınlığındakı karvansarayda arxeoloji tədqiqat işləri aparır. Arxeoloji tədqiqatlar zamanı Azərbaycanın bu qədim qalası və karvansarayı ilə bağlı yeni faktlar aşkarlanıb.
   Məlumata görə, XII əsrə aid olan möhtəşəm Balçılı qalası Gəncənin müdafiəsində mühüm rol oynayıb və Gəncə ətrafındakı digər qalalardan fərqlənir. Onu uzaq məsafədən görmək mümkün deyil. Çünki qala qayanın daşlarından yonularaq inşa edilib. Qalanın ətrafında, dağın ətəyində təxminən 50 hektar sahədə əlavə qala divarı da mövcuddur. Ehtimal olunur ki, vaxtilə burada əsasən əkinçilik və sənətkarlıqla məşğul olmuş əhali məskun olub.
   Ekspedisiya Kürəkçayın üzərindəki Qızıl Arslan körpüsünə yaxın ərazidə yerləşən karvansarayda da arxeoloji tədqiqat işləri aparıb. XI əsrdə inşa olunan saraydan XIX əsrədək istifadə olunduğu ehtimal edilir.
   Arxeoloji materialların ardıcıl olaraq bir-birini tamamlaması da karvansarayın həmin müddət ərzində işləkliyini təsdiqləyir. Aşkar olunmuş nümunələrin Azərbaycanın orta əsr tarixinin öyrənilməsi baxımından mühüm rol oynayacağı bildirilir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar