Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramına əsasən, Zaqatala rayonu 2013-cü il üçün Azərbaycanın “Folklor paytaxtı” elan olunub. Bununla bağlı rayonda bir sıra tədbirlərin təşkili nəzərdə tutulub.
   
   Avqustun 27-də Zaqatalada başlanan gənclərin folklor festivalı isə eyni zamanda “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq təşkil edilib. Proqramda gənclərin ölkənin milli-mədəni irsi və tarixi haqqında məlumatlandırılması məqsədilə Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin və incəsənətinin təbliğinə xidmət edən intellektual oyunların, müsabiqələrin, olimpiadaların və festivalların keçirilməsi nəzərdə tutulur.
   Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə gerçəkləşən festival Şəki-Zaqatala zonası üzrə rayonları əhatə edir. Tədbirdə Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakəndən folklor qrupları və mədəniyyət kollektivləri iştirak edir.
   Zaqatala Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zümrüd Ağakişiyevanın sözlərinə görə, avqustun 28-də festivalın seçim turları aparılacaq: “Festival eyni zamanda müsabiqə xarakteri daşıyır. Fərqlənən qruplar üçün I, II, III yerlər müəyyənləşib. Festivala Şəki-Zaqatala regionu üzrə 15 folklor qrupu, habelə mədəniyyət müəssisələri qatılıb. Zaqatala Tarix-Mədəniyyət Qoruğunda keçirilən festivalda rayonumuzdan “Ceyranım”, “Hudulki”, “Alazan”, “Sədəf” folklor qrupları, zurnaçılar, tənburçalanlar, kəndirbazlar kollektivləri iştirak edirlər”.
   Qeyd edək ki, festivalın qala konserti sentyabrın 30-da keçiriləcək.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar