Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən “Gəzən kitabxana” layihəsi həyata keçirilir. 
   Layihənin məqsədi ölkənin müxtəlif bölgələrində gənclərin kitaba, eləcə də elektron qiraətə marağını artırmaqdır. İxtisaslaşdırılmış xüsusi avtomaşında fəaliyyət göstərən səyyar kitabxanada 5 min ədəd çap və 10 min ədəd elektron kitab toplanıb. Kitabxana həmçinin bir neçə noutbuk, geniş ekranlı televizor, generator, kondisioner sistemi və digər texniki vasitələrlə təchiz olunub. Ötən müddətdə Tovuz, Qazax, Quba, Lənkəran, Astara, Sabirabad və Cəlilabadda oxucuların görüşünə gedən səyyar kitabxananın növbəti dayanacağı Gəncə olub.
   Kitabxanada bədii ədəbiyyat, tarix, elm və texnika, təhsil, siyasət, uşaq ədəbiyyatı və digər mövzularda əsərlər oxucuların istifadəsinə verilir. Gəncədə qiraət günləri on gün davam edəcək. Həmçinin oxucular sevdikləri kitabların surətini pulsuz əldə edə biləcəklər.
   Kitabxanadan məhdud fiziki imkanlı insanların istifadə edə bilməsi də nəzərə alınıb. Onlara Gəncə Regional İnformasiya Mərkəzi tərəfindən Heydər Əliyev Fondunun təşəbbüsü ilə çap edilərək göndərilmiş audio və brayl əlifbası ilə kitablar təqdim olunur. “Gəzən kitabxana” layihəsi bundan sonra Mingəçevir şəhərində qonaq olacaq.
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar