18 sentyabr - Milli Musiqi Günü ilə bağlı Astara şəhərindəki uşaq musiqi məktəbində mərasim keçirildi.
    Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində ümummilli liderin büstünün önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
   Mərasimdə çıxış edənlər iştirakçıları musiqi bayramı münasibətilə təbrik etdilər. Bildirildi ki, ümummilli liderin 1995-ci ildə Üzeyir Hacıbəylinin 110 illik yubileyi ilə əlaqədar imzaladığı fərmanla hər il sentyabrın 18-i, dahi bəstəkarın doğum günü ölkəmizdə Milli Musiqi Günü kimi bayram edilir.
   Sonra konsert proqramı təqdim olundu. Konsertdə Üzeyir Hacıbəylinin mahnıları ifa edildi, “Arşın mal alan” operettasından musiqilər səsləndirildi.
   Konsertdən sonra ötən dərs ilində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə keçirilən ifaçılıq müsabiqəsinin qalibi olmuş 3 şagirdə diplomlar təqdim edildi. Rayonun mədəni tədbirlərində fəal iştirak edən şagirdlər də fəxri fərmanlarla təltif olundular.
   
   Əfqan Şəfiyev,
   Astara Rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar