Milli Musiqi Günü münasibətilə Səməd Vurğun adına Qax rayon Mədəniyyət evinin xalq teatrı sənətsevərlərə dahi bəstəkarın “Ər və arvad” operettası əsasında hazırlanmış yeni tamaşanı təqdim edib. Nümayişdən əvvəl bəstəkarın həyat və yaradıcılığından söhbət açılıb.
   Tamaşanın rejissoru Gülşad Paşayeva, rəssamı Fuad Muradovdur. Əsas rolları teatrın aktyorları Fikrət Ramazanov, Anay Məmmədova, Qurbanəli Şahmərdanov, Ceyran Rəcəbova ifa ediblər. Tamaşa maraqla qarşılanıb.
   Qeyd edək ki, rayon mədəniyyət evində fəaliyyət göstərən dram kollektivinə 1982-ci ildə xalq teatrı statusu verilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar