Dahi bəstəkara həsr olunmuş festival çərçivəsində Qarabağ Muğam Mərkəzində konsert-tamaşa nümayiş olunub
   
   Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 24-də Ağcabədi şəhərindəki Qarabağ Muğam Mərkəzində konsert-tamaşa təqdim olunub. “Üzeyir Hacıbəyli: musiqi və gülüş dünyası” adlı konsert-tamaşa Şuşa Dövlət Musiqili Dram Teatrının təqdimatında nümayiş etdirilib.
   Tamaşada mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri, böyük bəstəkarın musiqisinin pərəstişkarları iştirak ediblər.
   Tədbir iştirakçıları əvvəlcə dahi bəstəkarın Qarabağ Muğam Mərkəzinin həyətindəki büstünü ziyarət edib, önünə çiçək dəstələri düzüblər.
   Tədbirdə çıxış edənlər iştirakçıları musiqi bayramı münasibətilə təbrik edib, böyük bəstəkarın zəngin yaradıcılığından, milli musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərindən danışıblar.
   Sonra Şuşa Dövlət Musiqili Dram Teatrının təqdimatında dahi bəstəkarın “Arşın mal alan” operettasından səhnələr göstərilib, mahnı, romans və rəqslər ifa olunub. Tamaşaçılar əməkdar artistlər Yadigar Muradov və Şükufə Musayevanın, Tofiq Hacıyevin, Sevinc Ağayevanın, Məmməd Məmmədovun və rəqqasə Püstəxanım Zeynalovanın çıxışlarını sürəkli alqışlarla qarşılayıblar.
   Teatrın baş rejissoru, Əməkdar artist Loğman Kərimov, quruluşçu rejissor Yadigar Muradov, musiqi rəhbəri Əməkdar mədəniyyət işçisi Nəsib Məhərrəmovdur.
   Konsert-tamaşa Baxşeyiş Mehdiyevin ifasında “Qarabağ şikəstəsi” ilə başa çatıb. 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar