Oktyabrın 2-də Şəkidə “Şəhər günü”nə həsr olunmuş tədbir keçiriləcək. İlk dəfə ötən il qeyd edilən tədbirin məqsədi Şəkinin tarixini, mədəniyyətini, folklorunu, sənətkarlıq nümunələrini, etnoqrafiyasını, mətbəxini daha geniş təbliğ və nümayiş etdirməkdir.   
   Bayramın təntənəli açılış mərasimi şəhərin mərkəzində - Azadlıq meydanında keçiriləcək. İştirakçılar kitab və foto sərgiləri ilə tanış olacaq, “Şəhər ritmləri” adlı fləşmobu izləyəcəklər. Sonra tədbir “Yuxarıbaş” Tarix-Memarlıq Qoruğunun ərazisində davam etdiriləcək. Bayram iştirakçılarına Şəki sənətkarlarının əl işlərindən ibarət sərgilər, pəhləvan və kəndirbazların çıxışları təqdim olunacaq.
   “Şəhər günü”ndə əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilən Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında yeni mövsümün açılışı da gerçəkləşəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar