2013-cü ildə İsmayıllı rayonunda aparılan tikinti-quruculuq işləri mədəniyyət sahəsini də əhatə edib. İsmayıllı şəhərində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin binasının, Uşaq kitabxanasının, Rəsm qalereyasının binalarının əsaslı təmir edilməsi işləri buna əyani misaldır.

Rayonun ucqar kəndlərindən olan Əhən kənd klubunun binası 1956-cı ildə tikilib. Uzun müddət təmirsiz qalmış klub binası Əhən bələdiyyəsi və xeyriyyəçi sakinlər tərəfindən əsaslı təmir edilərək sentyabrın 1-də istifadəyə verilib.
Aşıqbayramlı kənd klubu isə oktyabrın 7-də əsaslı təmirdən sonra qapılarını sakinlərin üzünə açıb. 1964-cü ildə inşa edilmiş bina uzun müddət təmirsiz istifadə olunduğundan yararsız hala düşmüşdü. Rayonun yerli büdcə vəsaiti hesabına təmir olunan klub binası kəndə xüsusi yaraşıq verir.
Hər iki kənd klubunun əsaslı təmirdən sonra açılışı mərasimlərində rayonun “Niyal” instrumental ansamblının, aşıqlar ansamblının və bədii özfəaliyyət kollektivlərinin, dram dərnəyi üzvlərinin iştirakı ilə maraqlı konsert proqramı və səhnəciklər nümayiş olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar