Aprelin 18-də Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Göyçayda Rəsul Rzanın ev-muzeyində “Mən gözəl bir may səhəri doğuldum” adlı ədəbi-bədii tədbir keçirilib.

Xalq şairinin həyat və yaradıcılıq məqamlarının vərəqləndiyi tədbirdə məktəblilərin iştirakı ilə maraqlı kompozisiya da təqdim olunub.
Mərasimi muzeyin direktoru Solmaz Həsənova açaraq Rəsul Rza poeziyası, onun qüdrəti, ədəbiyyatımızdakı yeri barədə qonaqlara ətraflı məlumat verib. Onun uşaqlıq və ilkin gənclik illərinin keçdiyi ev, onunla bağlı xatirələrlə dolu əşyalar, muzeyin fondu, orada qorunan nümunələr barədə danışıb. Məktəblilərə örnək həyat və yaradıcılıq yolu keçmiş şairin uşaqlıq illəri ilə bağlı qələmə alınan, kitablarda çap olunan, dilləri dolaşan xatirələrindən məqamları yada salıb.
Sonra rayon məktəblərinin rus bölməsində təhsil alan şagirdlərin ifasında şairin rus dilinə tərcümə olunmuş şeirlərindən ibarət kompozisiya təqdim olunub, sözlərinə bəstələnən musiqilər səsləndirilib, rəqs nümunələri nümayiş etdirilib.

Həmidə