Naxçıvan Muxtar Respublikasının (MR) 90 illik yubileyi ilə əlaqədar Naxçıvan Musiqi Kollecinin simfonik orkestrinin konserti olub.
Naxçıvan şəhərindəki “Gənclik” mərkəzində keçirilən konsertdən əvvəl kollecin müəllimi Səməd Əsgərov muxtar respublikanın yaradılmasının tarixi və siyasi səbəblərindən ətraflı söhbət açıb, ötən müddətdə bölgənin keçdiyi inkişaf yolundan bəhs edib.
Sonra kollecin simfonik orkestrinin konserti təqdim olunub. Proqramda klassik Azərbaycan musiqisi nümunələri, bəstəkar mahnıları ifa edilib. Orkestrin ifasında M.Maqomayevin “Azərbaycan”, F.Əmirovun “Azərbaycan süitası”, R.Məmmədovun “Doğma Naxçıvan” və digər musiqi nümunələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar