Quba şəhərində Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Abbasqulu ağa Bakıxanov-220” mövzusunda respublika elmi konfransı keçirilib. Əvvəlcə qonaqlar Abbasqulu ağa Bakıxanovun Amsar kəndində yerləşən ev-muzeyini ziyarət ediblər.
Quba şəhərindəki Gənclər Mərkəzinin akt zalında öz işinə başlayan konfransda çıxış edən Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov ulu öndər Heydər Əliyevin Azərbaycan tarixinin daha dərindən araşdırılmasına və tədqiqinə xüsusi diqqət yetirdiyini, bu gün də institutda elmi tədqiqatların Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən aparıldığını bildirib. Direktor Bakıxanovun fəaliyyətindən söz açaraq onun tarix elminə, Azərbaycan maarifçiliyinə verdiyi töhfələrin əhəmiyyətini vurğulayıb.
Konfransda tarix elmlər doktorları, professorlar Tofiq Mustafazadə, Şahin Fərzəliyev, Kərim Şükürov, Camal Mustafayev, tarix üzrə fəlsəfə doktorları Hacı Həsənov, Elçin Qarayev, Şamil Rəhmanzadə, Nərminə Əmirbəyova və başqaları Abbasqulu ağa Bakıxanovun həyatı və fəaliyyəti haqqında məruzələrlə çıxış ediblər. Bakıxanovla bağlı təqdimat-slayd nümayiş etdirilib.
Tədbirdə Quba rayonunun ziyalıları, tarix müəllimləri də iştirak ediblər.
Konfrans çərçivəsində Bakıxanovun həyat və yaradıcılığından bəhs edən kitabların sərgisi keçirilib. Sərgidə nümayiş olunan kitablar Quba Rayon İcra Hakimiyyətinə hədiyyə edilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar