Şəkidə keçirilən “İpək Yolu” V beynəlxalq musiqi festivalında iştirak edən Türkiyənin xalq musiqisi kollektivi (İstanbul Modern Folk Müzik Topluluğu) iyulun 3-də Tovuzdakı “N” saylı hərbi hissədə konsert verib. Konsertdən əvvəl qonaqlar Tovuz şəhərindəki Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsini ehtiramla yad ediblər, sonra şəhərin görməli yerlərini gəziblər.
Hərbi hissədə keçirilən konsertdən əvvəl kollektiv haqqında məlumat verilib. Bildirilib ki, 1993-cü ildə yaradılan kollektivin məqsədi qədim türk musiqi ənənələrini, xalq mahnı və rəqslərini müasir tərzdə dinləyicilərə çatdırmaq və təbliğ etməkdir.
Konsertdə ifa olunan türk xalq musiqisi, həmçinin Azərbaycanın xalq və bəstəkar mahnıları əsgər və zabitlər tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.
Türkiyəli musiqiçilər rayonun Qovlar şəhərində də çıxış edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar