Tərtər rayon MKS-də vətənpərvərlik ədəbiyyatının təbliği məqsədilə hərbçi-yazıçı Əli Eyvazovun “Bir batalyonun tarixi” sənədli povesti, yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Xəcalət” və yazıçı-jurnalist Fazil Güneyin “Qara qan” əsərlərinin müzakirəsi keçirilib.
Tədbiri MKS-nin direktoru Ulduzə Qurbanova açaraq, Qarabağ müharibəsinin bir çox bədii əsərlərdə əksini tapdığını deyib.
MKS-nin işçisi Ətrabə Süleymanova “Bir batalyonun tarixi” sənədli povestində oğulların vətənə, torpağa məhəbbətindən, onların döyüş yolundan, şücaətindən bəhs olunduğunu diqqətə çatdırıb, könüllülərdən ibarət 23-cü Quba-Qusar batalyonunun yaranmasında polkovnik Əli Eyvazovun təşkilatçılığından söz açıb. Kitabxana işçiləri Şəlalə Əliyeva, Reyhan İsmayılova, şəhər kitabxanasının müdiri Gülbəniz Səmədova vətən uğrunda canlarından keçmiş döyüşçülər haqqında danışıblar.
Millət vəkili, yazıçı Hüseynbala Mirələmovun “Xəcalət” povestinin müzakirəsində əsərin bədii məziyyətlərindən bəhs olunub. Povestdə ermənilərin vəhşilikləri o dərəcəyə çatır ki, onlar hətta daş heykəlləri də gülləyirlər. Əsər Qarabağı azad etmək üçün birliyə səsləyir ki, güllələnmiş heykəllərin, işğal olunmuş torpaqların xəcalətini çəkməyək.
Yazıçı Fazil Güneyin “Qara qan” romanında da erməni vəhşiliklərindən bəhs olunur, əsər oxucunu bu tarixi unutmamağa, torpaqlarımızın azadlığı uğrunda mübarizəyə çağırır. Tədbirdə iştirak edən qaçqın və məcburi köçkünlər göz yaşları içərisində, vətən həsrəti ilə öz xatirələrini bölüşüblər.
Tədbirin sonunda məktəblilər vətənə, qəhrəman döyüşçülərə həsr edilmiş şeirlər söyləyiblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar