Cəbrayıl rayonundan məcburi köçkünlərin məskunlaşdıqları Biləsuvar rayonundakı Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə “Müqəddəs ana dilim” adlı tədbir keçirilib. Tədbiri Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva açaraq ümummilli lider Heydər Əliyevin fərmanı ilə təsis olunan bu əlamətdar günün tarixindən danışıb.
Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Vasif Quliyev Azərbaycan əlifbası və Azərbaycan dili günü haqqında məruzə edib, ana dilinin təbliği və inkişafında kitabxanaların üzərinə mühüm məsuliyyət düşdüyünü vurğulayıb.
Çıxışlardan sonra rayon Mədəniyyət və Turizm Şöbəsinin musiqi kollektivinin konsert proqramı təqdim olunub.

Cəmilə Hüseynova,
Cəbrayıl Rayon Mərkəzi Kitabxanasının şöbə müdiri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar