Avqustun 24-də Qəbələ şəhərindəki “Qafqaz Karvansara” hotelində II Qəbələ mürəbbə festivalı keçiriləcək. Festival Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzi, Azərbaycan Milli Kulinariya Assosiasiyası və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək. Tədbirə respublikamızın müxtəlif rayonlarından qatılacaq iştirakçılar həm hazırladıqları mürəbbələri, həm də bölgənin yerli sənət nümunələrini nümayiş etdirəcəklər.
Hər iştirakçı rayonun nümayəndəsi 8 növ - gilas, böyürtkən, çiyələk, heyva, qoz, ərik, gül və gavalıdan hazırladığı mürəbbələri təqdim edəcək. Mürəbbələrin 2 nominasiya üzrə müsabiqəsi təşkil olunacaq.
Qeyd edək ki, festivala ölkəmizin 20 şəhər və rayonundan - Gəncə, Şamaxı, Şəki, Qəbələ, Abşeron, Qobustan, İsmayıllı, Oğuz, Qax, Balakən, Zaqatala, Ağdaş, Uçar, Göyçay, Zərdab, Xaçmaz, Quba, Qusar, Gədəbəy və Goranboy rayonunu təmsil edən iştirakçılar qatılacaq.
Qaliblərə Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının fəxri fərman və medalları, pul mükafatları təqdim ediləcək. Festivalda maraqlı konsert proqramı da təqdim ediləcək.

Fariz Hüseynov








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar