Samux rayonunda Heydər Əliyev Mərkəzinin, Gənclər və İdman İdarəsinin təşəbbüsü və rayon İcra Hakimiyyətinin dəstəyi ilə gənclərin yaradıcılıq festivalı keçirilib.
12 avqust - Beynəlxalq Gənclər Günü münasibətilə keçirilən tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova açaraq iştirakçıları təbrik edib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev ölkəmizdə dövlət gənclər siyasətinin uğurlarından, son illər respublikamızda gənclərin hərtərəfli inkişafının təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. Bildirilib ki, bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində səmərəli fəaliyyəti ilə seçilir.
Samux şəhərindəki Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə bu cür tədbirlərin mütəmadi təşkil edilməsinin vacibliyini vurğulayıb.
Sonra rayon gənclərinin birinci yaradıcılıq festivalı başlayıb. Festivalda rəngarəng musiqi və rəqs nömrələri təqdim edilib, müxtəlif idman yarışları keçirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar