Quba rayon MKS-nin Mərkəzi kitabxanasında Azərbaycanda kitabxanaşünaslıq elminin banisi, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Əməkdar elm xadimi və Əməkdar mədəniyyət işçisi, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti, BDU-nun kitabxanaşünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru, professor Abuzər Xələfovla görüş keçirilib.
Tədbiri MKS-nin direktoru Saməddin Nəsirov açaraq qocaman alim və pedaqoqun ömür yolu barədə danışıb. Qeyd olunub ki, Abuzər Xələfovun səmərəli elmi fəaliyyəti həm Azərbaycanda, həm də xarici ölkələrdə şöhrət qazanıb. Ölkəmizdə mədəniyyət və kitabxana işi quruculuğunun tarixi problemləri, kitabxanaşünaslığın nəzəriyyəsi və metodologiyası, ali kitabxanaçılıq-biblioqrafiya təhsili məsələləri və kitabxana işinin nəzəriyyəsi onun elmi araşdırmalarının əsasını təşkil edir.
MKS-nin direktor müavini İlhamə Məmmədova və xidmət şöbəsinin müdiri Mehriban Məmmədova çıxış edərək milli sərvət olan kitabın hər bir xalqın mədəniyyət göstəricisi olduğunu vurğulayıblar.
Görüşdə çıxış edən professor A.Xələfov bildirib ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda informasiya texnologiyalarının geniş tətbiqi, bu sahəyə xüsusi diqqət göstərilməsi ölkəmizdə informasiya cəmiyyətinin qurulmasına təkan verir. Sonra qonaq kitabxana işçilərini maraqlandıran sualları cavablandırıb, onlara dəyərli tövsiyələr verib. Sonda xatirə şəkli çəkdirilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar