Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Göygöl-Goranboy arxeoloji ekspedisiyası Goranboy və Daşkəsən rayonlarının ərazilərində arxeoloji tədqiqatlar aparır.
Ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilov bildirib ki, ekspedisiya hər iki rayonun ərazilərində kurqan tipli qəbir abidələrinin tədqiqi ilə məşğuldur. Hazırda Goranboy rayonu ərazisində e.ə. IV minilliyin sonuna aid Uzun Rəmə kurqanında arxeoloji qazıntılar davam edir. Ekspedisiyaya Türkiyənin Hacettepe Universitetindən dörd nəfərdən ibarət antropoloq qrupu da qatılıb. Türkiyəli professor Yılmaz Erdalın rəhbərliyi ilə mütəxəssislər kurqandan aşkar edilmiş insan sümüklərini tədqiq edirlər. Aparılan tədqiqatların nəticələri barədə məlumatların nüfuzlu beynəlxalq jurnallarda dərc edilməsi nəzərdə tutulur.
Daşkəsən rayonu ərazisində tədqiqat işlərinin kurqanaltı daş qutu qəbir abidələrində aparılması nəzərdə tutulur. Azərbaycan arxeologiya elmində az öyrənilmiş bu qəbir tipləri son tunc-erkən dəmir dövrünə aid edilir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar