Ağstafa rayonunda “Zəfəran ətirli, zoğal axtalı: mətbəximizdə gənc qızlardır - kulinariya yarışması” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Aytəkin Kərimova tərəfindən həyata keçirilən layihədə əsas məqsəd milli mətbəx mədəniyyətimizin öyrənilməsi, təbliği və inkişaf etdirilməsinə töhfə verməkdir. Gənc qızlar gələcəyin anaları, ev xanımlarıdır. Onlar həm də milli mətbəximizin qoruyucuları, gələcək nəsillərə ötürənləridir. Bu ənənəni davam etdirmək, nənələrimizin, analarımızın layiqli davamçılarını yetişdirmək üçün gənc xanımlara mətbəximizin sirlərini öyrətmək vacibdir. Layihədə iştirak edən 20 nəfər gənc xanım milli mətbəximizin spesifikliyi, özünəməxsusluğu haqqında təlimlərdə biliklər qazanıblar, həmçinin müxtəlif milli xörəklərimizin, şərbətlərimizin hazırlanmasında iştirak ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar