Tovuz rayonunda Cənubi Qafqazın Neolit dövrünə (Yeni Daş dövrü) aid ən qədim yaşayış məskəni aşkar edilib. Hacı Ələmxanlı abidəsi e.ə. VII minilliyin sonlarına aid edilir.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Fərhad Quliyev bildirib ki, arxeoloji qazıntılar zamanı aşkar edilən qədim yaşayış yeri ilkin sivilizasiyanın başlanğıc mərhələsini əks etdirən ilk kəndlərdir. Sonradan sivilizasiyanın inkişafı və şəhər mədəniyyətinin yaranması bu ərazidəki qədim yaşayış məskənlərinin fonunda formalaşıb. Onun sözlərinə görə, ərazidə qazıntılar Azərbaycan və Yaponiya arxeoloqlarının birgə əməkdaşlığı çərçivəsində aparılır.
Tokio Universitetinin professoru Yoşiho Nişiyaki qeyd edib ki, 2012-ci ildən başlayan qazıntıların aparılmasında məqsəd Tovuz ərazisində Neolit dövrünə aid erkən qədim yaşayış yerlərinin araşdırılmasıdır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar