Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin hərbi-vətənpərvərlik mövzusunda keçirdiyi tədbirlərdən biri Əlvənd kənd kitabxana filialında keçirilib. Kənd icra nümayəndəliyi və Mədəniyyət evi ilə birgə təşkil olunan tədbirdə 16 il bu kənddə məskunlaşmış Laçından məcburi köçkün ailəsi də iştirak edib. Əlvənd kənd Mədəniyyət evinin direktoru Sahib Şirinov neçə illərdir azərbaycanlıların məcburən sürükləndiyi qaçqınlıq həyatından, onların qayğılarından, dövlətimizin öz yurd-yuvalarından didərgin düşənlərə göstərdiyi diqqət və qayğıdan söhbət açıb. Qayğı yükü ağır olan 10 nəfərlik ailənin başçısı ölkə rəhbərliyinin bu sahədə həyata keçirdiyi siyasətə, torpaqlarımızın azad olunacağına inamını ifadə edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Sonda ailəyə hədiyyə təqdim olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar