Sentyabrın 9-da Lənkəran şəhəri Mərkəzi kitabxanasında “Sülh aylığı” ilə bağlı maarifləndirici tədbir keçirilib. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Validə Məmmədova, kitabxananın şöbə müdirləri Xədicə Məmmədova və Xuraman Quliyeva çıxış edərək bu sahədə qanunvericilik bazası, görülən işlər barədə danışıblar.
Tədbir iştirakçılarına BMT-nin İnsan Hüquqları Konvensiyası, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombusdman) haqqında qanununun müddəaları izah olunub. Sonda uşaqların ifasında sülhə, vətənə həsr olunan şeirlər söylənilib.
Layihə çərçivəsində sentyabrın 10-da şəhərdəki Heydər Əliyev Mərkəzi tərəfindən O.Mirzəyev adına qarışıq tipli uşaq evində “Uşaqlar sülh uğrunda” adlı rəsm sərgisi təşkil olunub. Mərkəzin rəsm studiyasının gənc istedadlarının əl işləri nümayiş etdirilib. Heydər Əliyev Mərkəzinin baş mühafizi Aygün İbrahimova və elmi işçisi Ruhulla Şahbazi çıxış edərək respublikada hər il keçirilən “Sülh aylığı”nın ictimai əhəmiyyətindən danışıblar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar