Sentyabrın 12-də yeni dərs ilinin başlanması münasibətilə Qax şəhərindəki Heydər Əliyev Mərkəzinin əməkdaşları Güllük kənd tam orta məktəbində müəllim və şagirdlərin qonağı olub, “Təhsil millətin gələcəyidir” adlı tədbir keçirdilər. Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətində prioritet sahə olan təhsilin inkişafı istiqamətində gördüyü işlərdən söz açdılar. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulandı.
Qeyd olundu ki, dövlətin təhsil siyasətindən bəhrələnən Qax rayonunun məktəbləri də uğurları ilə respublikada öncüllər sırasında yer alırlar. Tədbirdə məktəbin şagirdləri ulu öndərə, vətənə həsr olunmuş şeirlər söylədilər.
Mərkəzin əməkdaşları tərəfindən şagirdlər arasında ulu öndərin həyat və fəaliyyətinə dair müsabiqə də keçirildi, fərqlənənlər xatirə hədiyyələri ilə mükafatlandırıldılar. Sonda ümummilli lider Heydər Əliyevin fəaliyyətini əks etdirən video-çarx nümayiş edildi.

Dilarə Əzizova







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar