Yardımlı rayonunun Alar kəndi ərazisində eramızdan əvvəl II-I minilliyyə aid, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşən 30-dan artıq kurqan və çoxlu sayda daş qutu tipli qəbir abidələri aşkarlanıb. Bu abidələr Talış dağlarının Peştəsər silsiləsində, Sarıbulaq yaylaqları ərazisində geniş bir sahəni əhatə edir.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Anar Ağalarzadə bildirib ki, ilkin arxeoloji-kəşfiyyat qazıntıları nəticəsində son tunc-ilk dəmir dövrünə boşqab, kasa tipli saxsı qablar, əqiq, tunc və gildən hazırlanmış muncuqlar, daşdan və tuncdan bəzək əşyaları tapılıb. Bu tapıntıların bölgənin son tunc-ilk dəmir dövrünün köçəri maldar tayfalarının mədəniyyətlərinə məxsus olduğu ehtimal edilir: "Amma əfsuslar olsun ki, bu abidlərin bir qismi ötən əsrin 90-cı illərində "qızıl axtaranlar" tərəfindən ciddi dağıntılara məruz qalıb. Gələcəkdə yeni qeydə alınmış kurqan və daş qutu qəbirlərdə genişmiqyaslı arxeoloji qazıntıların aparılması nəzərdə tutulur".
A.Ağalarzadənin sözlərinə görə, hazırda ekspedisiya rayonun Ökü və Arvana kəndlərindəki kurqanlarda davam etdirilir.

Həmidə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar