21 sentyabr - Beynəlxalq Sülh Günü ilə əlaqədar Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin tədbirlər planına uyğun olaraq 13 saylı Gəlmə kənd kitabxana filialında kənd icra nümayəndəliyi ilə birgə “Azərbaycan sülh və əmin-amanlıq tərəfdarıdır” adlı ədəbi-bədii kompozisiya təşkil edilib.
Tədbirdə Gəlmə kənd icra nümayəndəsi Qalib Abbasov Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili tərəfindən elan olunan “Sülh aylığı” haqqında məlumat verib.
Kitabxananın müdiri İlahə Hüseynova, kitabxanaçı Gülay Şiralıyeva, Salahlı kənd kitabxanasının müdiri Lamiyə Bədəlzadə, Gəlmə kənd kitabxanasının işçisi Laçın Səfərəliyeva mövzu ilə bağlı çıxış ediblər. Gəlmə kənd mədəniyyət evinin müdiri Gülzadə Qasımova, kənd orta məktəbin müəlliməsi Vəfa Orucova, şəhid anası Gülayət Hüseynova çıxış edərək xalqımıza sülh, əmin-amanlıq arzulayıblar.
Gəlmə kənd orta məktəbinin şagirdləri və körpələr evinin uşaqları sülh haqqında şeirlər, nəğmələr səsləndiriblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar