Oktyabrın 2-də İsmayıllı şəhərindəki Mədəniyyət Sarayı qapılarını sənətsevərlərin üzünə açıb. Bu münasibətlə mədəniyyət ocağında konsert proqramı təşkil olunub.
Xatırladaq ki, İsmayıllı Mədəniyyət Sarayının rəsmi açılışı sentyabrın 22-də ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilmişdi.
Mədəniyyət Sarayında gerçəkləşən ilk musiqi gecəsində dünya şöhrətli sənətçi, ustad xanəndə, Xalq artisti Alim Qasımov və sənətkarın qızı, Əməkdar artist Fərqanə Qasımova səhnəyə çıxıblar.
Konsertdən əvvəl İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev çıxış edərək rayon sakinlərini əlamətdar hadisə münasibətilə təbrik ediblər.
Sonra konsert proqramı təqdim olunub. Yüzlərlə tamaşaçı Alim Qasımov və Fərqanə Qasımovanın ifalarını alqışlarla qarşılayıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar