Sentyabrın 30-da Tərtərdə «Milli Qəhrəmanların təbliğində media mütəşəkkilliyi: mövcud durum və perspektiv vəzifələr» mövzusunda dəyirmi masa keçirilib. Tədbir «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə reallaşdırdığı «Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili» layihəsi çərçivəsində gerçəkləşib.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Elvin Umudov tədbiri açaraq cəbhəyanı bölgədə belə tədbirlərin təşkilinin xüsusilə əhəmiyyət kəsb etdiyini deyib.
«RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru Əvəz Rüstəmov layihə barədə məlumat verib. Bildirib ki, iyul-dekabr aylarını əhatə edən layihə çərçivəsində dəyirmi masalar keçirilib. Hər ay Milli Qəhrəmanlardan biri haqqında məqalələr hazırlanır. Milli Qəhrəmanlar Şirin Mirzəyev, Əliyar Əliyev və Məzahir Rüstəmov haqqında belə materiallar dərc olunub.
Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə cəmiyyətdə hərbi vətənpərvərlik hisslərinin təbliğində medianın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib, bu baxımdan media peşəkarlığının müxtəlif aspektlərinə nəzər salıb.
“Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusif tərtərli Milli Qəhrəmanlar Vəzir Orucov və Elman Hüseynovun şücaətindən söz açıb. Respublika Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Tərtər rayon şöbəsinin sədri Suliddin Yusibov, I qrup Qarabağ müharibəsi əlili, “Azərbaycan bayrağı” ordenli Nizami Heydərov döyüş xatirələrindən danışıblar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar