İnsan üçün hər bir peşə şərəflidir. Öz istedadına uyğun sahədə çalışan insanlar cəmiyyətinə, xalqına daha çox fayda verirlər. Bu peşələrin içərisində müəllim sənətinin xüsusi yeri var. Hər bir müəllimin ali vəzifəsi vətəninə, dövlətinə sadiq əsl insan yetişdirməkdir. Bağbanı, dülgəri, həkimi, şairi, bəstəkarı, memarı, rəssamı da müəllim yetişdirir. Buna görə də hər bir peşə sahibi müəllimlərə, xüsusilə də ilk müəlliminə borcludur. İnsan yaşa dolduqca həyatda çox şeyləri unuda bilər. Amma ilk müəllim heç zaman yaddan çıxmır. Axı insana elm qapısının açarını ilk olaraq müəllim təqdim edir, onu əsrarəngiz bir dünya ilə ilk dəfə müəllim qovuşdurur. Uşaqların körpə və titrək əllərindən tutaraq onlara “Ana” və “Vətən” sözlərini yazmağı öyrədən, dünyaya açıq nəzərlərlə baxmağı bəxş edən müəllim insana ana qədər doğma və əzizdir.
5 oktyabr müəllimlərimizin peşə bayramıdır. Qəbələ Tarix-Diyarşünaslıq Muzeyinin kollektivi adından bu peşə sahiblərini ürəkdən təbrik edir, cansağlığı və işlərində müvəffəqiyyətlər arzulayırıq.
Tahirə Şəfiyeva,
Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı