Bölgələrdə tədbirlər keçirilib

18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə bölgələrdəki mədəniyyət ocaqlarında müxtəlif tədbirlər keçirilib.

Oktyabrın 16-da Şirvan Şəhər Mərkəzi Kitabxanasında “Müstəqilliyimiz əbədidir” mövzusunda ədəbi-bədii gecə təşkil edilib. Tədbirdə kitabxananın xidmət şöbəsinin müdiri Alma Cəfərova, oxu zalının müdiri Yeganə Nağdəliyeva, 21 saylı orta məktəbin uşaq birliyi təşkilatının rəhbəri Əliyeva Ülviyyə müstəqillik tariximizdən, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətindən, 1991-ci ildə xalqımızın ikinci dəfə müstəqillik əldə etməsindən danışıblar.
Ədəbi-bədii gecədə 21 saylı məktəbin şagirdləri Azərbaycan, Vətən, müstəqillik, azadlıq haqqında şeirlər səsləndiriblər, “Müstəqilliyimiz əbədidir” adlı kompozisiya təqdim ediblər.

* * *
Oktyabrın 16-da Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində də “Müstəqilliyimiz əbədidir” mövzusunda tədbir keçirilib. Mərkəzin direktoru Neva Abdurahmanova, rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri David İbramxəlilov, Qusar Rayon İcra Hakimiyyətinin məsləhətçisi Kamran Sədullayev və digər çıxış edənlər müstəqil Azərbaycanın inkişaf yolundan, dövlətçiliyimizin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin misilsiz rolundan bəhs ediblər. Sonda “Müstəqil Azərbaycan” adlı sənədli film nümayiş olunub və məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

* * *
Oktyabrın 17-də Lənkəran şəhər Mərkəzi kitabxanasında Müstəqillik Günü ilə bağlı tədbir təşkil olunub. Tədbirdə MKS-nin şöbə müdiri Xədicə Məmmədova, kitabxananın əməkdaşı Günay Əsədullayeva çıxış edərək bu əlamətdar günün tarixi haqqında söz açıblar. Çıxışlardan sonra iştirakçılar əlamətdar günlə bağlı təşkil olunmuş kitab sərgisinə baxıblar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar