Oktyabrın 24-də zəngin tarixə və qədim mədəniyyətə malik Şəkidə növbəti bayram tədbiri - “Şəhər günü” keçiriləcək.
Artıq üçüncü dəfə qeyd olunan “Şəhər günü” Şəkinin tarixini, mədəniyyətini, folklorunu, etnoqrafiyasını, mətbəxini, turizm potensialını daha geniş nümayiş etdirmək məqsədi daşıyır.
Bayram tədbirində respublikamızın tanınmış elm və incəsənət adamlarının, Milli Məclisin deputatlarının, ziyalıların, şəhər ictimaiyyəti nümayəndələrinin, habelə musiqi və rəqs kollektivlərinin iştirakı nəzərdə tutulur.
Gün boyu davam edəcək bayram tədbirinin proqramı rəngarəngdir. Təntənəli açılış mərasimi şəhərdəki Yay teatrında keçiriləcək. Burada Şəki ilə qardaşlaşmış Gürcüstanın Telavi şəhərinin rəqs kollektivi konsert proqramı ilə çıxış edəcək. Tədbir iştirakçıları daha sonra Şəki Dövlət Rəsm Qalereyasında yerli və xarici ölkə fotoqraflarının əsərlərindən ibarət fotosərgi ilə tanış olacaqlar. Sərgidə Şəkinin dünəni və bu gününü əks etdirən fotoəsərlər nümayiş etdiriləcək. Paytaxtdan gələn rəqs qruplarının, muğam üçlüyünün, habelə yerli musiqi kollektivlərinin çıxışları bayram tədbirinə rəngarənglik qatacaq.
“Şəhər günü”nə həsr olunmuş bayram tədbirlərinə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında incəsənət ustalarının geniş konsert proqramı ilə yekun vurulacaq.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar